Slimfit
  1. AZƏRBAYCAN

Bu dəfə avropalılar Qobustanı atla yox, velosipedlə fəth etdilər

Bu dəfə avropalılar Qobustanı atla yox, velosipedlə fəth etdilər
Sakura

Atlet: "Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq, işimizə daha kəskin hisslər…

Velosiped sürmək üçün ilhamlandırıcı və maraqlı yerlərin daimi axtarışında olan Red Bull atleti Kenni Beley, ölkə ilə daha yaxından tanış olmaq və Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib. Səfərin nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosu ilə birgə o Azərbaycanda çəkilən növbəti layihəsini təqdim edib.

Sputnik Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinə istinadən xəbər verir ki, video çarxda Kenni yuxuda özünü Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.

"Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək gözəl hisslər idi və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq.

Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq, işimizə daha kəskin hisslər əlavə edirdi" – deyə Kenni Beley bildirib.

[haber=602]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR