Dərc edildi: Baxış sayı: 620
Bu da oldu - Baş məşqçi oyun gedə-gedə istefaya göndərildi
Dünya futbolunda daha bir maraqqlı hadisə baş verib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın “Ostende” klubu oyun zamanı baş məşqçisi Kare İnqebriqtseni istefaya göndərib.
Bildirilir ki, hadisə XXI turun “Şarlerua” ilə səfər matçında yaşanıb. “Ostende” 0:3 hesabı ilə məğlub durumda olarkən klubun rəsmi Tvitter səhifəsi istefa barədə rəsmi məlumat yayıb. Bundan 20 dəqiqə sonra isə daha bir maraqlı məqam ortaya çıxıb. Belə ki, K.İnqebriqtsen Kiprin APOEL (Kipr) klubunun baş məşqçisi təyin olunduğu açıqlanıb.
Həmin qarşılaşma qonaqların oyunda 0:5 hesablı məğlubiyyəti ilə başa çatab.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət