Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu bitkilər şəkəri müalicə edir

Bu bitkilər şəkəri müalicə edir
Sakura

Bu bitkilər şəkəri müalicə edir

Hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.

Faktxeber.com “Sağlam yaşamaq üçün” adlı kitabının müəllifi Füzuli Hüseynovun şəkər xəstələri üçün maraqlı reseptini təqdim edir. Onun sözlərinə görə, artıq bir çox insanlar heç bir vasitədən istifadə etmədən bu bitki qarışımından istifadə edərək normal həyatlarını yaşayırlar.

Çayın tərkibi:

Ud hindi üyüdülmüş – 300 qram
Qarazirə meyvəsi üyüdülmüş – 300 qram
Bağayarpağı üyüdülmüş – 300 qram
Bu bitkilər quru olmalı, yaxşı-yaxşı üyüdülüb bir-birinə qarışdırmalı və şüşə balonda saxlanılmalıdır.

Yaxşı olar istifadəni belə edəsiniz: qarışıqdan hər dəfə təxminən 100 qram balondan götürüb balaca, bir ağzı bağlana bilən bir qaba tökəsiniz ki, hər dəfə ağzı açılanda bitkilərin efirli birləşmələri uçmasın.

Ud-hindi

Bu 3 bitkinin bir-birinə qarışımı, həm qanda şəkərin səviyyəsini aşağı salır, həm mədənin insulin istehsal olunan Langerhans adacıqlarına təsir edərək təbii insulin istehsalını artırır, həm də kapilyar qan dövranın pozulmasının qarşısını alır.

Ümumiyyətlə bu bitkilər ayrı-ayrılıqda belə çox faydalı bitkilərdir, məsələn qarazirə immun sistemi üçün mükəmməl bir bitkidir, ud hindi çox güclü iltihabi əleyhinə və mədəaltı vəzin iltihabında əvəzolunmaz bir bitkidir. Tərkibində zəngin insulin vardır. Bağayarpağı isə qanda yüksəlmiş şəkəri aşağı salmaq üçün əla bir vasitədir.

Qara zirə

İstifadəsi:

Bitkilər üyüdüləndən sonra bir-birinə qarışdırılmalı, qarışıqdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb içməli. Müalicə müddəti 3 aydır. Hamiləlik zamanı bu bitki qarışımından istifadə etmək olmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR