Slimfit
  1. CƏMİYYƏT

Bu binadakı obyektlər sudan qanunsuz istifadə edib

Bu binadakı obyektlər sudan qanunsuz istifadə edib
Sakura

Bu binadakı obyektlər sudan qanunsuz istifadə edib

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

“Ens.Az” xəbər verir ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində 11 obyektin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasında içməli sudan sayğacdankənar istifadə halı aşkarlanıb. Obyektin müqaviləsi və sayğacı olsa da sahibkar magistral yoldakı siyirtmə quyusuna müdaxilə edib, magistral xətdən su götürüb. Həmin binada yerləşən iaşə müəssisələri, mağazalar və xidmət obyektləri qeyri-qanuni çəkilmiş xətdən istifadə edib.   

Biləcəri qəsəbəsi Yeni massiv adlanan ərazidə yeni tikilmiş fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Belə ki fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs yaxınlıqdan keçən  magistral su kəmərinə qanunsuz qoşulma verib. Su kəmərini ərazidən keçən dəmir yolu xəttinin altından keçirərək 500 metr uzunluğunda  su xətti çəkib. Qanunsuz çəkilmiş xətdən fərdi yaşayış evləri su ilə təmin olunub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 14220, Binəqədi rayonunda isə 2733 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR