Slimfit
  1. AZƏRBAYCAN

Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək
Sakura

Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.

Oxu.Az-ın xəbərinə görə, parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.

“Yəni dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”, - deyə komitə sədri əlavə edib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR