Dərc edildi: Baxış sayı: 241
NATO Ukrayna ərazisi üzərində raket və PUA-ları vurmayacaq - Pentaqon
“NATO ölkələri Ukrayna ərazisi üzərində raket və pilotsuz təyyarələri vurmayacaq, çünki bu cür hərəkətlər onları Rusiya ilə müharibəyə cəlb edəcək”.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
Onun sözlərinə görə, müttəfiqlərin İsrail üzərində düşmən pilotsuz təyyarələrinin vurulmasında köməyi və Ukraynadakı oxşar hərəkətlər iki çox fərqli mənzərə və döyüş meydanıdır.
Sinq qeyd edib ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünün lap əvvəlində Kiyevə döyüş meydanında lazım olanı təmin etməyi tapşırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət