Dərc edildi: Baxış sayı: 372
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət