Dərc edildi: Baxış sayı: 250
Bu ay üzrə müavinət və təqaüdlər ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Ens.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl - sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət