Slimfit
  1. AVTO VƏ MOTO

Bu avto klubun üzvləri endirimlərdən faydalanır

Bu avto klubun üzvləri endirimlərdən faydalanır
Sakura

Siz də bu endirimlərdən faydalanmaq üçün Avto Klub Azərbaycana üzv olun

Avto Klub Azərbaycan 2017-ci il 19 iyun tarixində Gəncə şəhərində Natiq Əliyev tərəfindən yaradılıb.

Klubun sosial şəbəkə üzərində yaranmasına baxmayaraq, digər klublardan tamamilə fərqlənir. İlk fərq klubun rəsmi nizamnaməsinin olmasıdır. Bundan başqa, klub loqosunu əldə edən avtomobil sahibləri klubun üzvü olan mağazalardan ehtiyat hissələri və təmir mərkəzlərinin xidmətlərini endirimlə əldə edə bilərlər.

Avto Klub Azərbaycan adlı rəsmi Facebook qrupunda avtomobil təmiri üzrə məsləhətlər və faydalı məlumatlar paylaşılır. Gəncədə yaranmasına baxmayaraq, klub Bakı şəhərində də fəaliyyət göstərir. Digər şəhərlərdə də fəaliyyəti planlaşdırılır.

Klubun Facebook qrupuna daxil olaraq keçərək üzv ola bilərsiniz.

Klubun Baş Administratoru: Natiq Əliyev (055) 277 79 70

Klubun Gəncə şəhəri üzrə Moderatoru: Xaliq Əliyev (055) 290 07 06

Klubun Bakı şəhəri üzrə Administratoru: Tural Hacı-zadə (055) 299 11 51

Klubun Bakı şəhəri üzrə Moderatoru: Səbuhi Xuda zadə (055) 539 85 85

Yeni yaranmasına baxmayaraq, klub artıq tədbirlərin keçirilməsinə başlayıb. Belə ki, tezliklə Avto Klub Azərbaycanın təşkilatçılığı ilə Gəncə şəhərində retro avtomobillərin sərgisi keçiriləcək. Tədbir haqqında daha ətraflı məlumatı aşağıdakı videodan əldə edə bilərsiniz. Sərgidə iştirak etmək üçün 055-277-79-70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR