Dərc edildi: Baxış sayı: 546
Xorvatiya boş iş yerlərinin daim qaldığı ölkəyə çevrilib
Xorvatiya boş iş yerlərinin daim qaldığı ölkəyə çevrilib. 4 milyon əhalisi olan ölkədə 30 min mütəxəssis çatışmır.
Axar.az xəbər verir ki, bu daha çox paytaxtda özünü büruzə verir. Ən çox mütəxəssislərə səhiyyə və turizm sahəsində ehtiyac var. Xorvatiyanın 20 faiz ÜDM-i məhz bu sahələrdən asılıdır. Ekspertlərin fikrincə, işçi qüvvəsinin azalmasının əsas səbəbi ölkənin Avropa İttifaqına qoşulmasıdır. Xorvatiyada orta əmək haqqı 950 dollara bərabərdirsə, bu rəqəm digər inkişaf etmiş Avropa ölkələrində daha çoxdur. Xüsusilə ali təhsil almış mütəxəssislərin çoxu ölkəni tərk edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət