Dərc edildi: Baxış sayı: 428
“Bu, atəşkəs deyil” — Çavuşoğlu
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşməsindən sonra açıqlama verib.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu Pensin “Suriyada atəşkəs elan ediləcək” sözlərinə münasibət bildirib. “Bugünkü müzakirələrdə cənab Prezidentimizin liderliyi nəticəsində istədiklərimizi aldıq” deyən nazir sözlərinə belə davam edib:
“PKK/YPG-nin 120 saat içərisində Suriyanın şimalından çıxması üçün “Sülh Çeşməsi” hərəkatına fasilə verəcəyik. Bu, atəşkəs deyil. Terrorçuların çıxmasından sonra əməliyyatın dayandırılıb-dayandırılmaması müzakirə olunacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət