Slimfit
  1. İQTİSADİYYAT

BTC ilə bu il 7,6 mln. tondan çox neft nəql edilib

BTC ilə bu il 7,6 mln. tondan çox neft nəql edilib
Sakura

BTC ilə bu il 7,6 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 506,9 min ton neft nəql edilib, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azdır.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, nəqletmənin 80,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart aylarında ərzində bu kəmər vasitəsilə 7 627 min ton neft ötürülüb (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6,4% azalma).

"Dövr ərzində BTC kəməri ilə 1 110,3 min ton tranzit nefti də (6,3% azalma – red.) nəql edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR