Bruce Lee’nin obrazından istifadə “Real KungFu” kafelər şəbəkəsinə baha başa gəlib
Bruce Lee-nin qızı Shennon Lee Çinin çox məhşur qəlyanaltı qidalar şəbəkəsi sayılan “Real KungFu”nu məhkəməyə verib. Səbəb isə onların aktyorun obrazından icazəsiz istifadə etmələri olub. İddia, Lee-nin rəhbərlik etdiyi “Bruce Lee Enterprises” şirkəti tərəfindən irəli sürülüb. Bu barədə Bloomberg xəbər verir.
Şirkət, restoranlar şəbəkəsindən öz loqotipində Bruce Lee-nin obrazından istifadə etməməyi tələb və 210 yuan (30 mln. dollar) kompensasiya ödəməyi tələb edir. Şəbəkəni idarə edən Real Kungfu Catering Management və onunla əlaqədar iki şirkət qarşı tərəf kimi çıxış edirlər.
AFP yazır ki, şəbəkənin Çində 600-dən çox restoranı var.
Qeyd edək ki, şəbəkə nümayəndələri məhkəmə iddiasından çaşqın vəziyyətdə qaldıqlarını bildiriblər. Belə ki, onlar 2004-cü ildən bu asılqan lövhəcikdən istifadə edirlər və şirkət heç vaxt həmin loqotipdə Bruce Lee-nin əks olunduğunu vurğulamayıb.
“Real KungFu” özünü məhkəmədə müdafiə etməyə hazırdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət