Slimfit
  1. DÜNYA

Britaniyanın varlı xarici ovu: Azərbaycanlılar birinci, ruslar isə növbədədir

Britaniyanın varlı xarici ovu: Azərbaycanlılar birinci, ruslar isə növbədədir
Sakura

London bütün varlılar üçün sakit cənnət yeri olmaqdan imtina edib. Britaniyalılar çoxlu sayda gələn…

London bütün varlılar üçün sakit cənnət yeri olmaqdan imtina edib. Britaniyalılar çoxlu sayda gələn korrupsionerlərin və cinayətkarların həyatını çətinləşdirmək barədə qərar qəbul ediblər.

İlk dəfə olaraq yeni silahdan - pulların vicdanla qazanıldığını sübut edə bilməyən şəxslərin əmlakının müsadirə edilməsi hüququndan istifadə edilib.

Yeni kampaniyanın ilk qurbanı vətənində mənimsəmə ittihamı ilə məhkum edilən Azərbaycanın keçmiş bankirinin xanımı olub.

Məhkəmə ona debüt order yazılmasına icazə verib və hazırda o, Londonun ən bahalı ərazilərindən birində ev və gözəl bir vilayətdə qolf sahəsi almaq üçün on milyonlarla dolları haradan aldığını izah etməlidir.

Azərbayncan Beynəlxalq Bankının keçmiş sədrinin xanımı Zamirə Hacıyevanın ekstravaqant həyat tərzi Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Milli Agentliyinin (NCA) bu müharibədə ilk hücumunu nümayiş etdirməsi üçün ideal hədəf olub. Agentlik artıq növbəti hücuma, o cümlədən ruslara qarşı hücuma hazırlaşır.

Hacıyeva özünü Azərbaycanda ədalətsiz təqibin qurbanı adlandıraraq hər şeyin qanuni yolla qazanıldığını deyir. Tabloidlər (sarı mətbuat) isə onun bahalı mağazalarda xərclədiyi milyonlardan, şəxsi təyyarə və şərab zirzəmisi almasından yazır. Ov mövsümü başlayıb, oyun başlayıb. BBC-nin rusca xidməti oyunun qaydalarını araşdırıb.

Kimin arxasınca gələ bilərlər

"Biz hər yerdən - digər hüquq-mühafizə orqanlarından, ölkədən kənar və "Transparency International" kimi qeyri-hökumət təşkilatlarından informasiya alırıq və diqqətlə araşdırırıq",-deyə NCA-nın iqtisadi və kibercinayətkarlıq üzrə direktoru Donald Tun BBC-ə bildirib.

"Bizim işimiz çoxdur və əgər yaxın altı-yeddi iş barədə danışsaq burada bizim diqqət obyektimizə Afrika, Cənubi Asiya, keçmiş SSRİ və Rusiyadan olan insanlar daxildir". Ad çəkməyən Donald Tun deyib.

Kampaniyanın məqsədi - oğurlanmış pulları Böyük Britaniyada əsasən əmlaka investisiya yatıran mütəşəkkil cinayətkarlıq və xarici korrupsionerlərdir.

Fəallar və qəzəbli vətəndaşlar artıq çoxdandır ki, hökuməti kapital mənbəyinə göz yummaqda və Londonu "yuyulmaya" çevirməkdə ittiham edirlər. Bu il müzakirələr parlamentə qədər gedib çıxıb və hökumət hərəkətə keçib.

Yeni vasitələrdən biri, Böyük Britaniyada 50 min funt sterlinq dəyərində aktivləri qanuni yolla qazanılan vəsait hesabına alındığını sübut etməyə məcbur edən order olub.

Beş səlahiyyətli orqan - vergi və hüquq-mühafizə orqanları iki insan kateqoriyasına bu cür tələb irəli sürmək hüququ əldə edib.

Birinici kateqoriyaya siyasətçilər, məmurlar və Avropa İqtisadi məkanına daxil olmayan ölkələrdən onlara yaxın insanlar, ikinci kateqoriya isə Böyük Britaniya ərazisində və xaricdə ağır cinayətlər törətməkdə şübhəli bilinən insanlar daxildir. Lakin mühüm məhdudiyyətlər də var.

Prokurorlar və vergi nümayəndələri özləri bu orderi yaza bilməzlər. Onlar məhkəməyə müraciət edərək hakimi bu insanın korrupsiyada və ya cinayətdə iştirak etdiyini, onun xərclərinin gəlirlərini açıq-aşkar üstələdiyini və sual yaradan aktivlərin məhz şübhəliyə aid olduğunu ehtimal etməyə tutarlı əsasları olduğuna inandırmalıdırlar.

Bununla bağlı tez-tez çətinliklər yaranır, çünki daşınmaz əmlakların böyük hissəsi ofşor şirkətlərin adına qeyd olunub, amma son benefisiarları (müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxs) açıqlamağa məcbur edən qanun 2021-ci ilə qədər qüvvədə deyil.

Lakin artıq buz əriməyə başlayıb və Ali Məhkəmə tərəfindən çıxarılan ilk order buna sübutdur.

"Bu işdə bizim Virgin adalarından aldığımız məlumat çox mühüm rol oynadı, hansı ki, bizə Zamirə Hacıyevanın ada etibarlıları vasitəsilə bu əmlakla əlaqəsini öyrənməyə imkan yaratdı. Biz məhkəməni inandırmaq üçün onun gəlirləri barədə kifayət qədər məlumat toplaya bildik", Tun deyib.

"Bu bir sıçrayışdır", deyə BBC-nin keçmiş müxbiri, Böyük Britaniyada ən son rus cinayətlərindən bəhs edən "Makmafiya" kitabının müəllifi Misha Glanny sevinir. Bu kitab əsasında məşhur teleserial da çəkilib.

"Vacib olan odur ki, onlar Virgin adalarından məlumat ala biliblər. Vigin adaları xəzinədən pul mənimsəyənlər və mütəşəkkil cinyətkarların öz pullarını orada gizlətməsiylə tanınır.

Bu, Böyük Britaniyanın çirkli pulların yuyulması üçün qara dəlik nüfuzundan təmizlənməsi üçün irəliyə atılan böyük bir addımdır",-deyə o, Radio 4-də BBC-nin Today proqramının efirində söyləyib.

London bütün dünya zənginlərini çoxdan özünə cəlb edir

Hər şeyi almaq və bölmək

İlk iş - bu ilin fevral ayında qəbul edilən yeni qanunun sınaq daşıdır və artıq bir neçə aydır ki məhkəmə işlərində yer tutur. Hələki hesab hökumətin xeyrinədir. Lakin yeni mexanizmin ilk dəfədən işləyib-işləməyəcəyi yaxın aylarda bu işdə hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq.

Böyük Britaniyada, vətəndaşların hökumətin qanunvericilik və icra hakimiyyəti sahələrində hüquqlarını pozan hər hansı təşəbbüsü adətən, ən yaxşı hüquqi sistemdən keçdikdən sonra işləməyə başlayır, hansı ki hüquqi "ağıllar" istənilən natamam qanunu hissələrə bölüb onu yararsız hala salmağı bacarırlar.

Qarşıdurmanın ilk mərhələsində NCA hakimi order çıxarmağa inandırıb. İndi isə iş azərbaycanlı bankirin xanımına düşür.

Əgər Hacıyeva sübut etsə ki, iki ev qanuni yolla qazanılmış 20 milyon funt sterlinq hesabına alınıb, o zaman işə xitam veriləcək. Yox əgər sübut edə bilməsə, o zaman NCA məhkəmədən əmlakın müsadirəsini tələb edəcək və sonra onu satışa çıxaracaq.

"Başlanğıcda bu vəsaitlər Böyük Britaniyanın mülkiyyətinə çevriləcək və onların gələcək taleyi pulun mənbəyi olan ölkə ilə Britaniya hökuməti arasında repatriasiya miqyası ilə bağlı birbaşa müzakirə mövzusu olacaq", deyə Tun bildirib.

Bu mərhələdə bütün prosedura istintaq çərçivəsində cinayət işi deyil, mülki prosesdir. Başqa sözlə desək, əgər mülkiyyət müsadirə olunubsa və hərracda satılıbsa, bu keçmiş mülkiyyət sahibini günahkar etmir. Lakin burda da bir şərt var.

Əgər hakimiyyət hesab etsə ki, order alan insan qaydaların icrası prossesində onları aldatmağa cəhd edibsə, onlar o zaman cərimə və iki illik həbs cəzası təhlükəsi olan cinayət işi qaldıra bilərlər.

Lakin bu hüquqi gizlin sahədir, cinayət işinin hüquqi icrası ilkin proseslərin necə keçməsindən və ittihamçıların prosses zamanı çoxlu sayda "sualtı daşları" keçməklə ən əsasən də təqsirsizlik prezumsiyasından (hələ əksinin sübut olunmadığı etibarlı hesab edilən ehtimal) və özünə qarşı şahidlik etmək hüququndan asılı olacaq.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR