Slimfit
  1. DÜNYA

Britaniyanın Baş naziri: "Rusiya yanacaqlarından imtina etməliyik"

Britaniyanın Baş naziri: "Rusiya yanacaqlarından imtina etməliyik"
Sakura

Britaniyanın Baş naziri: "Rusiya yanacaqlarından imtina etməliyik"

“Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

Hökumət başçısı bildirib ki, eyni zamanda iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil: “Daha isti, daha quru və qeyri sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatları sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbələrinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sıfıra nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR