Slimfit
  1. İQTİSADİYYAT

Britaniya şirkəti Səngəçalda elektrik stansiyasının tikintisinə qoşulub

Britaniya şirkəti Səngəçalda elektrik stansiyasının tikintisinə qoşulub
Sakura

Britaniya şirkəti Səngəçalda elektrik stansiyasının tikintisinə qoşulub

Böyük Britaniyanın “Trans Global Projects Group" (TGP) şirkəti Səngəçalda elektrik stansiyasının inşası lahiyəsində iştirak etmək hüququ əldə edib. 

Report” bunu xarici mediaya istinadən verdiyi məlumata görə, 400 MVt gücündə olacaq bu stansiyada hər birinin gücü 17,2 MVt olan 22 ədəd mühərriklər quraşdırılacaq. 

TGP isə bunların loqistikası işlərini həyata keçirəcək.

Şirkət rəsmiləri 90 gün ərzində Türkiyə və Azərbaycandan olan həmkarları ilə çatdırılma işləri üzərində işləyiblər. Uzunluğu 14 metr, eni 4,5 metr, hündürlüyü isə 6,35 metr olan bu qiqant mühərriklərin ümumi çəkisi 295 tondur. Hər il noyabrdan marta qədər icra edilməli çatdırılma prosesi Volqa-Don kanalı vasitəsi daşınmalıdır.

İlkin olaraq Türkiyədən gətirilən mühərriklər ULUS tipli 3 karqo gəmisinə yüklənərək 10 günə Bakıya çatdırılıb. Bu müddətdə isə mühərriklər Volqa-Don kanalı vasitəsi ilə 2745 km məsafə qət edib.

Yeni stansiya 2020-ci ildə istifadəyə veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR