Slimfit
  1. SİYASƏT

Britaniya səfirindən Azərbaycana BAŞSAĞLIĞI

Britaniya səfirindən Azərbaycana BAŞSAĞLIĞI
Sakura

Britaniya səfirindən Azərbaycana BAŞSAĞLIĞI

Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib.

"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir bildirib.

Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR