Dərc edildi: Baxış sayı: 461
Braziliya Amerika Kubokunun açılışında Boliviyanı məğlub edib
Futbol üzrə Amerika Kuboku – 2019 turnirinin San-Paulu şəhərinin "Morumbi" stadionunda keçirilən açılış matçında Braziliya Boliviyanı 3:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, oyunda bütün qollar ikinci hissədə vurulub.
"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo dubl edib. Daha bir qolu isə "Qremio" klubunun forvardı Everton öz adına yazdırıb.
Amerika Kuboku
Braziliya – Boliviya - 3:0
Qollar: 1:0 – Koutinyo – 50 (pen), 2:0 – Koutinyo – 53, 3:0 – Everton – 85
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət