Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Boyunun hündürlüyü qadının ömrünə necə təsir edir

Boyunun hündürlüyü qadının ömrünə necə təsir edir
Sakura

Uzun boylu və arıq qadınların 90 yaşa qədər ömür sürmək şansı daha artıq olub

 

Yaşlıların müalicəsi və keyfiyyətli ömür sürmə problemləri ilə məşğul olan həkim-qerontoloqlar uzun müddətdir ki, qadınların orta hesabla kişilərdən daha uzun yaşadıqlarını qeydə alırlar. Eyni zamanda, eniş yaşlarında da təxminən eyni çəki saxlayan qamətli və uzun boylu xanımlar, başqalarından daha tez-tez əsrlik  ildönümlərini qeyd edirlər. Bəs boy və çəki uzunömürlülüklə necə bağlı ola bilər?

100 yaşlı ulduzlar

Arıq bədən quruluşuna malik olan və nisbətən hündür olan demək olar ki, bütün məşhur qadınlar, sağlam ağılla və möhkəm yaddaşla yüz yaşlarını qeyd ediblər. Yaşlı və hələ də işləyən model Bo Gilbert (103), rus müğənnisi İzabella Yuryeva (vəfat etdi. 100), Hollivud aktrisası Qloriya Stüart (vəf. 100), alman səssiz film aktrisası Renata Brauzevetter (vəf.. 100) , alman rejissoru Leni Riefenştal (vəf. 101). Bunların hamısı ömürlərinin sonuna qədər aktiv həyat tərzi keçirdilər.  Leni Riefenştal yalnız 71 yaşında olan, sualtı dalğıc lisenziyası aldı və sualtı çəkilişin imkanından həzz alaraq akvalanqla və kinokamerayla Hind okeanının dibinə enməyə başladı.  Hal-hazırda, planetdə yaşı 100-ü keçən təsdiqlənmiş qadınların sayı 110 nəfərdən bir qədər artıqdır və mütəxəssislər onların  sağlamlıqlarını yaxından izləyirlər. Bu yaşlı xanımların heç biri sakit və dəbdəbəli həyat yaşamamış, hamısının arsenalında həm yüksəliş, həm xoşbəxtlik anları, həm də fəlakətlər və çətinliklər olub. Ancaq təəccüblüdür ki, hamısı dərin qocalıq dövrünədək nisbətən normal bədən çəkisini qoruyublar.

20 illik təcrübə

Boy və çəkinin uzunömürlülüyə necə təsir etdiyini 1986-cı ildə Hollandiyanın Maastrixt Universitetinin Tibb Mərkəzinin alimləri öyrənməyə qərar verdilər. Onlar  20 il ərzində 55 yaşdan 70 yaşa qədər 120852 kişi və qadın həyatını araşdırdılar. Həkimlər onların fiziki məlumatlarını araşdırdılar, boş vaxtlarında hansı fəaliyyətlə məşğul olduqlarına dair bilgiləri topladılar. Üstəlik, burada söhbət onların, yalnız peşəkar idman növləri ilə məşğul olmalarını deyil, məsələn, bağçılıq, it gəzintisi, balıq ovu, qolf oynamaq kimi məşğuliyyətlərinin tədqiqindən gedirdi.. Könüllülər həmçinin tərcih etdikləri yeməkləri, pis vərdişləri barədə də hesabat verirdilər; onların bir çoxu siqaret çəkir və spirtli içkilər qəbul edirdilər. Ekspertlər tədqiqat iştirakçılarının intellektual səviyyəsini də nəzərə aldılar. Lakin həkimlərin əsas diqqəti onların bədənlərinin ölçüsü, boyu və çəkisi idi. Mütəxəssislər 90 yaşına qədər yaşayacaq insanların hansı xüsusiyyətlərə sahib olacağı ilə maraqlandılar. Təcrübənin sonunda elm adamları müəyyən məlumatlar əldə etdilər: 433 kişi və 944 qadın 90 ilə qədər yaşadılar, bu halda bu yaşlı xanımlardan əksəriyyəti orta boydan yuxarı idi.

Beləliklə, tədqiqatçılar hesabladılar ki, boyu 160 sm-dən az olan qadınlara nisbətən 175 sm-dən çox olan qadınların 90 yaşa çatmasına 31% daha çox rast gəlinmişdir. Həmçinin bütün uzunömürlülər tədqiqatın əvvəlində olduğu qədər və ya hətta bir qədər az çəki saxlamışdılar. Aydınlaşdı ki uzun boylu və təcrübə zamanı çəki atan qadınların,  20 il ərzində çəkisi artan qısaboylu qadınlardan fərqli olaraq 90 yaşa qədər yaşamaq şansı daha artıq olub. Ancaq 90 yaşına çatan kişilərdə çəki ömür uzunluğuna güclü təsir göstərməyib. Aparıcı tədqiqatçı Lloyd Brandtsın dediyinə görə, yaşlı kişilərin hamısı müxtəlif hündürlükdə idi və nə uzun, nə də qısaboylular  qruplarda çoxluq təşkil etmirdi.  Ancaq kişilərdə başqa  amil tapıldı: gündəlik məşq uzunömürlülük şanslarını artırdı. Gündə 90 dəqiqədən çox fiziki fəalllıq göstərən yaşlı hollandiyalıların sutka ərzində 30  dəqiqədən az məşq edənlərə nisbətən 90 yaşa çatma şansı  39% daha yüksək olduğu aşkarlandı.

Məşq sevgisi qadınlara da təsir etdi, lakin hətta gündə 30-60 dəqiqə məşq edənlər, müxtəlif fəaliyyətlərə az vaxt ayıran qadınlara nisbətən 21% daha çox 90-a çatdılar. Pis vərdişlər və oturaq həyat tərzi heç kimə hətta 85 yaşına qədər yaşamağa şans vermədi. Bununla belə, doktor Lloyd Brandts, artıq çəkisi olan  siqaret çəkən kişilərin, spirtli içki qəbul edənlərin, normal və ya hətta astenik bədən quruluşlu siqaret çəkənlərin hamısının eyni dərəcədə 85 yaşa qədər yaşamamaq şanslarının olduğunu qeyd etdi. Pis vərdişləri olan, eyni zamanda arıq bədən saxlayan uzun boylu qadınların 80 yaşlarını qeyd etmək şansları daha çox idi. Nəticədə, Hollandiyalı tədqiqatçılar, fiziki məlumatların - boy, çəki, ən çox qadınların uzunömürlülüyünə təsir etdiyini və gündəlik, məsələn,1 saatlıq fəallığın  onu ciddi şəkildə artırdığını təsbit etdilər.

Daha az kalori - daha çox məşq

Amma arıq bədən quruluşu necə bilavasitə ömrün uzunluğuna imkan yaradır? Burada sirr nədədir?

Məşhur amerikalı bioqerontoloq, ABŞ-ın Nebraska Tibb Məktəbinin əməkdaşı, doktor Denham Harman bu məsələlərlə məşğul olub. O, hesab edirdi ki, qidalarda  müxtəlifliyi deyil, kalori rasionunu azaltmaq qocalma prosesini ləngidir. Toxuma hüceyrələrinə nə qədər az maddə daxil olursa, onlarda daha az çürümə və oksidləşmə məhsulları əmələ gəlir. Doktor Harman bu sahədə bir neçə təcrübə apardı və müəyyən etdi ki, kalori istehlakını 40% azaltmaq, bədən tərəfindən çəkini və oksigen istehlakını 40% azaldır.

Eyni zamanda, ortalama ömür də 40% artır, çünki məhz oksigen, artıq enerji ilə birlikdə, superoksid radikal və hidrogen peroksidin - toxumaların sürətli qocalmasına səbəb olan zərərli maddələrin meydana gəlməsinə xərclənir. Odur ki,  hər kəsə bədnini arıq vəziyyətdə saxlamaq və eyni zamanda gündəlik fiziki məşq etmək lazımdır. Denham Harman, ömrü boyu siqaret çəkməmişdi və 82 yaşına qədər gündə 2 mil qaçırdı. Bu yaşda o, bel zədəsi aldı və buna görə də məşğuliyyətlərini yalnız uzun müddətli yeriməyə həsr etdi. Bioqerontoloq 98 yaşında vəfat etdi və tələbələrinin dediyinə görə, yalnız bəzən spirtli içki içirdi və ciddi bir xəsarət aldığı üçün uzun müddət fiziki məşq etməyi dayandırmalı oldu. Ancaq ölənə qədər arıq bədən quruluşunu saxladı.

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR