Böyük Vətən müharibəsi iştirakçısı olan iki azərbaycanlı Belarusun yubiley medalı ilə təltif olunub
Böyük Vətən müharibəsi iştirakçısı olan Gəncə sakinlərinə Belarusun yubiley medalı təqdim olunub.
APA-nın yerli bürosnun məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Alman faşizmi üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə təsis olunan yubiley medalı Əliyev Qurban Yusif oğlu və Verdiyev Bəylər Abbas oğluna təqdim olunub.
Səfir qeyd edib ki, Azərbaycanın Böyük Vətən müharibəsində böyük rolu olub: “Azərbaycan nefti Böyük Vətən müharibəsində qələbənin həlledici amillərindən biri olub. Mən vurğulamaq istəyirəm ki, Belarusun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə azərbaycanlı əsgərlər xüsusilə seçiliblər. Belarus xalqı onların xatirəsini hər zaman əziz tutur. Bu gün mən özüm bura gəldim ki, Böyük Vətən müharibəsi iştirakçıları ilə şəxsən görüşüm, Belarus xalqı adından onlara təşəkkür edim”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət