Böyük şairimizin yaxını: Acınacaqlı vəziyyətdədir...
Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yaxınlarından olan Əliəsgər Şeirdust Təbrizin mədəni-tarixi əsərlərinin qorunmadığını bildirib.
Kult.az xəbər verir ki, o, bu barədə böyük şairin vəfatının 30-cu ildönümü ərəfəsində “Nəsr” agentliyinə danışıb.
Ə.Şeirdust ustad Şəhriyardan qalan əsərlərə lazımı diqqət göstərilmədiyini vurğulayıb:
“Şəhriyardan bizə onun şeirləri, evi və dəfn olunduğu yer yadigar qalıb. Şairdən qalan əsərlərin hamısı acınacaqlı vəziyyətdədir. Öz maaşı hesabına tikdirdiyi ev olduğu kimi qorunub saxlanılmayıb. Onun və daha 400 şairin dəfn olunduğu məqbərə də acınacaqlı vəziyyətdədir”.
Ə.Şeirdust ustad Şəhriyarın dəfn olunduğu “Məqbərət üş-şüəra”nın (“Şairlər məqbərəsi”) pis vəziyyətdə olması haqda da tənqidi fikirlər səsləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət