Slimfit
  1. AVTO VƏ MOTO

Böyük resurslu 3 ən etibarlı dizel mühərriki

Böyük resurslu 3 ən etibarlı dizel mühərriki
Sakura

Böyük resurslu 3 ən etibarlı dizel mühərriki

Dizel aqreqatları daha etibarlıdır. Özlüyündə dizel mühərriyi sahibinə xoşagəlməz sürprizlər gətirmir, amma bəzi avadanlıqlar narahatlıq yarada bilər. Turbotəkan və yanacaq sistemi qeyri-stabildir. Amma yeni dizel mühərriklərini nəzərə almasaq, onda onların resurslarından təəccüblənə bilərsiniz.

Alman öhdəliyi etibarlılığın təminatıdır.

Böyük resursu ilə seçilən populyar dizel quraşdırmaları arasında Mercedes şirkətinin OM602 markalı aqreqatı qeyd etmək olar. Bu mühərrik çuqun blokda 5 silindrli bir mühərrikə malikdir və məşhur Bosch istehsalçısından olan yüksək təzyiqli yanacaq nasosu ilə təchiz olunmuşdur. Bu dizel mühərrikinin istehsal dövrü 1985-2002-ci illərdir. Aşağıdakı kimi müxtəlif avtomobillərə quraşdırılmışdır:

Mercedes W124;

Mercedes W201;

Mercedes G-class;

Mercedes Sprinter;

Mercedes W210.

Mühərrikin özü güc xüsusiyyətləri ilə seçilmir. Amma o, avtomobil həvəskarlarının sevgisini gücünə görə deyil, etibarlılıq, tələbsizlik və uzunömürlülük (sərt istismar şəraitində onun resursu 450-500 min km-dir) qazanıb. Amma düzgün və diqqətli istismar zamanı mühərrik milyon kilometrdən çox işləyə bilər.

Elə vaxtlar olub ki, mühərriklər 2 milyon kilometrdən də çox işləyib. Bu göstəricilərə nail olmaq üçün keyfiyyətli yanacaqdan istifadə etmək, həmçinin yağı vaxtında dəyişdirmək lazımdır. Özünün məşhurluq və etibarlılığı sayəsində göstərilmiş aqreqat Mercedes şirlətinin OM647 və OM612 kimi yeni müasir dizel mühərriklərinin yaradılması üçün platforma oldu. Qeyd olunur ki, mühərriklərin yeni xəttində resurs eyni səviyyədə qalmışdır.

Mercedes mühərriklərindən sonra M57 nömrəsi altında markalanmış BMW avtomobil istehsalçısından etibarlı mühərriki qeyd etmək lazımdır. Özündə 6 silindrli mühərriki ehtiva edir. Həmçinin çox etibarlıdır, amma Mercedes mühərriklərindən fərqli olaraq çox böyük gücə malikdir.

Mühərrik əvvəlki M51 dizel modeli əsasında hazırlanıb ki, təchizatı 1991-2000-ci illərdə aparılmışdır. M57 sürətli mühərrik deyildi, özünü isə qənaətcillik və böyük fırlanma anı sayəsində sevdirib. Göstərilən mühərrik hətta Range Rover-də də quraşdırılıb.

Fransadan etibarlılıq

Alman dizellərindən başqa fransız istehsalçısı PSA-dan HDI iki litrlik etibarlı mühərriki qeyd etmək olar. Aqreqat ilk dəfə 1998-ci ildə təqdim edilmişdir. Mühərrikin gücü 90 ilə 180 at gücü arasında dəyişir. Göstərilən mühərrikdə 0,5 milyon kilometr resurs qeyd edilib. Mazda, Volvo və Ford avtomobillərinə quraşdırılıb.

 

Mənbə: Автобрюзгач

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR