Slimfit
  1. MARAQLI

Böyük gözlərin gerçək hekayəsi – Alovlu eşq,saxtakarlıq, oğurlanmış karyera

Böyük gözlərin gerçək hekayəsi – Alovlu eşq,saxtakarlıq, oğurlanmış karyera
Sakura

Böyük gözlərin gerçək hekayəsi – Alovlu eşq,saxtakarlıq, oğurlanmış karyera

Marqaret və Valter 1955-ci ildə tanış olmazdan əvvəl hər ikisi öz səviyyəsində bir sənətkar idilər. Marqaret kəpənəkləri boyayıb yerli incəsənət sərgilərinə çıxarırıdı. Valter isə o zaman evli olduğu həyat yoldaşı Barbara ilə birlikdə uşaqlara fransızca öyrədən kuklalar hazırlayırdı.

Marqaret ilə Valter tanış olduqda hər ikisi boşanmışdı. Ayrıca olaraq hər ikisi də əvvəlki evliliklərindən bir övlada sahib idi. Tanış olduqdan sonra böyük bir alovlu eşq yaşamağa başlayan Marqaret və Valter tez bir zamanda evlənməyə qərar verirlər. Marqaret yaşanacaqlardan xəbərsiz olaraq,  Valteri ona tanrının hədiyyəsi olaraq qiymətləndirirdi.

Marqaretin çəkdiyi rəsmlərin Valterin imzası ilə sənət dünyasına giriş etməsi...

Bir qadının sənət əsərləri kişilərin hazırladığı rəsmlər qədər çox satılmadığı qənaətində olan cütlük belə bir qərar verdi. Sənət dünyasında “Böyük gözlü uşaq” tabloları Marqaretin əl işi idi. Lakin həyat yoldaşı Valterin imzası ilə yayılırdı.

Böyük gözlü uşaqlar ...

Rəsmlərdə ilk fərq edilən uşaqların böyük gözləridir. Bu gözlər əsasən xoşbəxtliyi və göz yaşlarını əks etdirən bir əsərlər olub. Marqaret rəsmlərdə niyə uşaqların gözlərini böyük təsvir etdiyini bu cür açıqlayıb: “Uşaqların gözlərində özümün dərin duğularını görə bilirəm. Gözlər ruhun pəncərəsidir”.

Marqaretin yaradıcılığının ilk illərində ancaq üzgün böyük gözlü uşaq rəsmləri çəkirdisə, sonradan bu rəsmlərin gülərüz versiyalarının da ərsəyə gəlməsi diqqət çəkir. O, böyük gözlü uşaqları bir neçə heyvanlarla birlikdə də çəkib.

Valterin Marqaretin rəsmləri ilə məşhur olması ...

Valter Marqaretin çəkdiyi böyük gözlü uşaqları öz adı ilə sərgiləməyə də başlayır. 1957-ci ildə Nyu-Yorkda bir sərgidə sürətlə məşhur olan və çox sayda satılan bu rəsmlər Valteri daha da məşhur edir. Valter bir anda sənət dünyasının ən önəmli insanlarından birinə çevrilir. Gecə-gündüz əziyyət çəkən Marqaret olsa da, bütün şan-şöhrət və pul Valterin idi. Valter təkcə rəsmləri satmaqla kifayətlənmir, yeni ideyalar ilə daha çox pul qazanmağa başlayır. O, xatirə şəkilləri, plakatlar, hədiyyəlik əşyalar və sair bu kimi hər bir şeyə “Böyük gözlü uşaq” rəsmlərini çap etdirərək əlavə gəlirlər əldə edirdi.

Son damla və ardından gələn boşanma ...

Marqaret bu şəkildə tam 10 il həyat yoldaşının kölgəsində yaşayr. İllər ərzində həyat yoldaşının etdiyi bu hərəkətdən xoşlanmayan Marqaret 1965-ci ildə bunu sonlandırmağa qərar verir. Valter bir televiziya kanalında verdiyi müsahibədə “Böyük gözlü uşaq” rəsmlərinin ilham qaynağının II dünya müharibəsi olduğunu açıqlamışdı. Bu yalanlara dözməyən Marqaret ilə Valter mübahisələrə başlayıb sonunda boşanırlar. Boşandıqdan sonra daha 5 il Marqaret rəsmlər haqqındakı gerçəkləri heç kimə açıqlamır.

O bunun səbəbini heyranlarına məyusluq yaşatmamaq istəməsi ilə izah edir. 1970-ci ildə Marqaret hər kəsə doğruları açıqlayır. O, “Böyük gözlü uşaq” rəsmlərinin özünə aid olduğunu və keçmiş həyat yoldaşının bir saxtakar olduğunu bildirir. Lakin bunun ardından Valter bu söylənənləri təkzib edir.

Gərgin məhkəmələr və Marqaretin zəfəri ....

Davamlı olaraq bir-birini günahlandıran Marqaret və Valter məhkəmələrdə görüşməyə başladılar. Rəsmlərin özünə aid olduğunu iddia edən Valter əlinə heç bir zaman fırça almamışdı. Marqaret məhkəmədə əsərlərin ona aid olduğunu sübut etməsi üçün Valterin bir rəsm çəkməsini tələb edir. Məhkəmənin qərarı ilə Marqaret və Valter rəsm çəkməyə dəvət edilir. Marqaret 53 dəqiqə içərisindən 11 yaşlı bir “Böyük gözlü uşaq” tablosu hazırlayır. Lakin saxtakar Valter isə əlinin zədəli olmasını bəhanə gətirərək rəsm çəkə bilməyəcəyini deyir. Sonda0 məhkəmə Valterin Marqaretə emosional sıxıntılar yaşatması və mənəvi təcavüz maddələri ilə 4 miyon dollar təzminat verməsinə qərar verir.

Marqaretin Valterdən sonrakı həyat yolu ...

Marqaret bu çətin zəfərdən sonra illər ərzində uğur qazanmağa davam edəcək rəsmləri çəkməyə davam edir. Havayda yaşayan Marqaret daha sonra Napa vadisinə köçür. Bütün bu problemlərdən sonra həyatına girən üçüncü kişi, ona sahib çıxan həyat yoldaşı və sənət dostları onun xoşbəxt olmasına yetir.

O tarixə adını qızıl hərflərlə yazdıraraq hər kəsin yaddaşında “Böyük gözlü uşaqların rəssamı“ olaraq xatırlanır.

Məşhur rejissor Tim Burton Marqaretin həyatındakı bütün bu olanları filmə də çevirib.

Turan Oruc
Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR