Dərc edildi: Baxış sayı: 512
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
Böyük Britaniyada son sutkada 708 nəfər koronavirusdan ölüb.
“Report” “Independent”ə istinadən xəbər verir ki, ölkədə virusdan vəfat edənlərin sayı 4 313-ə yüksəlib.
Məlumata görə, krallıqda indiyədək testdən keçmiş 183 190 nəfərdən 41 903-də nəticə pozitiv çıxıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 138 000-i ötüb. Bunların 236 000 nəfəri sağalıb, 61 141 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət