Slimfit
  1. AZƏRBAYCAN

Böyük Britaniya parlamentində Xocalı soyqırımı anılıb

Böyük Britaniya parlamentində Xocalı soyqırımı anılıb
Sakura

Böyük Britaniya parlamentində Xocalı soyqırımı anılıb

 Böyük Britaniya parlamentində Xocalısoyqırımın 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Report”un Böyük Britaniya bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən, Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü David Evans, Britaniya parlamentinin üzvü Con Kilkluni, Londonun Vestminster rayonu Bələdiyyəsinin Şura üzvü Murad Həsənli və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Britaniya parlamentinin üzvü Bob Bləkmən hər il parlamentdə Azərbaycanın kədərli günlərinin, şəhidərin yad edildiyini bildirib və insanların bunu unutmaması üçün əlindən gələni edəcəyini bildirib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev soyqırımın tarixindən bəhs edərək bu cür vəhşiliklərin yenidən baş verməməsi üçün Xocalının yad edilməsinin önəminə toxunub: "Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, sadəcə, biridir. Ermənilər Cənubi Qafqazda ilk dəfə 200 il əvvəl Rusiya, İran və Osmanlı imperiyaları arasındaki müharibə zamanı ortaya çıxdılar. Azərbaycanın bu müharibə zamanı arada yerləşməsi isə onun daha çox zərər görməsinə gətirib çıxarıb. Müharibənin nəticəsində Rusiya və İran arasında sülh müqaviləsi imzalandı və Azərbaycan ikiyə bölündü. Bundan sonra Rusiya ermənilərin Azərbaycana köçürülməsi siyasətini həyata keçirməyə başladı. Bu, ermənilərin Azərbaycan ərazisində ilk dəfə ortaya çıxması idi. Biz erməni xalqı Qafqaza və Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra illərdir onların hədə-qorxu, təcavüz və insan ölümləri ilə nəticələnən ciddi təzyiqlərlə üzləşirik. Bu təzyiqlər hələ də davam edir”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 27 il əvvəl baş verən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız soydaşımızın erməni silahlıları tərəfindən amansızca qətlə yetirildiyini vurğulayıb: "Qətlə yetirilənlərdən başqa, 1200-dən çox insan əsir düşdü, itkin düşənlər oldu, onların taleyi hələ də məlum deyil. Biz istəyirik ki, bu kimi dəhşətli hadisələr, insanlıqdan uzaq əməllər bir daha baş verməsin”.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü David Evans Azərbaycan hökumətinə və xalqına başsağlığı verib. 

Tədbirdə həmçinin Londonun Vestminster rayonu Bələdiyyəsinin Şura üzvü Murad Həsənli və Böyük Briyaniyada Azərbaycan diasporunun nümayəndəsi Kamran Balayev çıxış edərək Xocalı soyqırımından danışıblar. 

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR