Slimfit
  1. SİYASƏT

Böyük Britaniya israrla Ağdam yolunu BQXK üçün açmağa çağırır - Neil Holland

Böyük Britaniya israrla Ağdam yolunu BQXK üçün açmağa çağırır - Neil Holland
Sakura

Böyük Britaniya israrla Ağdam yolunu BQXK üçün açmağa çağırır - Neil Holland

Böyük Britaniya israrla Ağdam yolunu Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün açmağa çağırır.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Neil Holland öz bəyanatında deyib.

Daimi nümayəndə vurğulayıb ki, humanitar məsələləri daha da siyasiləşdirməkdən qaçmaq lazımdır.

"Tərəfləri beynəlxalq vasitəçilik yolu ilə danışıqlarda sülh əldə etmək üçün səylərini ikiqat artırmağa israrla çağırırıq. Biz yalnız diplomatiyanın köməyilə və BMT Nizamnaməsində və Helsinki Yekun Aktında qeyd olunan suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsasən münaqişənin davamlı həllinə və Ermənistanla Azərbaycan arasında tarixi sülh sazişinə nail ola bilərik", - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndiyə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü 9 sentyabr 2023-cü il saat 14:30-da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq "Samur" buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Lakin separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə getməsinə maneə törətdiyindən, TIR 2 gün Bərdə şəhərində gözlədilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR