Slimfit
  1. DÜNYA

Böyük Britaniya

Böyük Britaniya
Sakura

Böyük Britaniya

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığıBirləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – Şimal-qərbi Avropa dövləti.

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsi ilə La Manş kanalı ilə birləşir.

Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.

 

Tarixi

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800-1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən qədim xalqlarını keltlər təşkil edir. E.ə. 55 və E.ə. 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anqlosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066-1154-ci illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır.

 

Coğrafiyası

Dövlət Britaniya adalarında (Böyük Britaniya, İrlandiya adasının şimal-şərq hissəsi,həmçinin kiçik adalar və arxipelaqlar: Hebrid, Orkney və Şetland adaları, Anqlsi, Arran, Uayt) Atlantik okeanda yerləşir. Şimali, İrlandiya, Kelts və Hebrid dənizləri ilə yuyulur. Cənub-şərq sahili ilə Fransanın şimal sahili arasinda yalniz 35 km məsafə var. Iki dövləti bir-birindən La Manş boğazı ayırır.

Böyük Britaniyanın sahəsi-244 820 km².1993-cü ilin məlumatına görə,torpaq sahəsinin 10%-i meşə ilə örtülü idi, 46%-i otlaq üçün istifadə edilmişdir və 25%-i  kənd təsərrüfatında istifadə edilmişdir. Sahil uzunluğu 17.820 km-dir. Cənub sahil Avropa kontinenti ilə uzunluğu 50 km olan (38 km su altında olmaqla) avrotunel vasitəsilə birləşir. Bu, dünyada ən uzun sualtı tuneldir. İrlandiyanın Şimali İrlandiya Respublikası ilə 360 kilometrlik quru sərhədi var və bu,Böyük Britaniyanın yeganə quru sərhədidir.

İngiltərə, Böyük Britaniyanın yarısından çox ərazisini əhatə edir (130.395 kvadrat kilometr) Bunun böyük bir hissəsi ovalığlardan ibarətdir. Yüksəkliklər əsasən ərazinin şimal (Pennins) və şimal-qərbində (Kamberlend) cəmlənmişdir.Ən uzun çayları Temza, Severn və Humberdir.

Şotlandiya Böyük Britaniyanın 78.772 kvadrat kilometr əhatə edir.Şotlandiyanın ərazisinə əsasən qərb və şimal hissələrində yerləşən səkkiz ada daxildir(Hebrid, Orkney,Şetland və başqa adalar).Şotlandiya iki tamamilə müxtəlif regionlardan ibarətdir:şimal-qərb hissədə yerləşən Şimali-Şotlandiya dağlıq ərazi(Haylend) və cənub-şərq hissədə yerləşən Loulend.Haylendə demək olar ki Şotlandiyanın bütün dağlıq ərazisini əhatə edir(Ben Nevis 1343 metr hündürlüyü ilə Britaniya adalarının ən yüksək zirvəsi hesab olunur).

Uels Böyük Britaniyanın 20.779 kvadrat kilometr əhatə edir. Uels- əsasən dağlıq ölkədir. əsas əhali və sənaye sahələri Kardiff, Swansea və Nyuport sahil şəhərlərində, o cümlədən dəqiq Cənubi Uels yerləşir. (Snoudon dağı-1085 m) Uelsin ən yüksək dağları Snoudonda yerləşir(Snoudon dağı-1085 m).

Şimali İrlandiya yalnız 13.843 kvadrat kilometr əhatə edir və əsasən dağlıq ərazidir. Şimali İrlandiyaın ən yüksək nöqtəsi 852 m hündürlüyü  olan Sliv-Donard zirvəsi hesab olunur.

 

İnzibati quruluşu

Böyük Britaniya 4 tarixi-coğrafi vilayətdən – İngiltərə (Böyük Britaniya adaları), Uels, Şotlandiya, Şimali İrlandiyadan ibarətdir. Böyük Britaniya adaları, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalar Birləşmiş Krallığın tərkibinə daxildir. Uayt adası İngiltərəyə, Anqlsi adası Uelsə, Hebrid, Şetlend və Orkney adaları Şotlandiyaya mənsubdur. İngiltərə – 34 qraflığa (two-tier counties), 32 London inzibati rayonuna və 1 London şəhərinə (və ya Böyük London), 36 metropoliya-qraflığa (metropolitan county), 46 unitar rayona (unitary authoritities) bölünür. Şotlandiya – 32 unitar rayondan ibarətdir. Şimali İrlandiya – 26 rayon şurasından ibarətdir. Uels – 22 unitar rayondan ibarətdir

 

Xarici siyasəti

Birləşmiş Krallığın xarici siyasətinin əsas prioritetləri aşağıdakılardır:

  • Ölkənin təhlükəsizliyinin təmin edilməsi;
  • Birləşmiş Krallığın enerji daşıyıcıları ilə təmin edilməsinin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi, ölkənin iqtisadi maraqlarının qorunması;
  • dünyada demokratiyanın, qanunun aliliyi prinsipinin yayılması və möhkəmləndirilməsi, insan hüquqlarının təmin edilməsi üzərində nəzarət;
  • yeni münaqişələrin yaranmasının qarşısının alınması, hazırda mövcud olan münaqişələrin nizamlanmasında iştirak etmək;
  • ümumdünya siyasi sisteminin sabitliyinin saxlanılması;
  • beynəlxalq terrorizmlə mübarizə;
  • ölkə ərazisində terror aktlarının törədilməsinin qarşısının alınması;
  • kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması;
  • Birləşmiş Krallığın qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər beynəlxalq cinayətlərdən qorunmasının təmin edilməsi; həmçinin qlobalmiqyasda beynəlxalq cinayətkarlığın səviyyəsinin aşağı salınması;
  • NATO, Avropa İttifaqı, BMT, G8 çərçivəsində (Böyük səkkizlik) fəal siyasət aparılması;
  • Birləşmiş Krallığın dünya siyasəti məsələlərinə və qlobal problemlərin həllinə maksimum təsir göstərmək istiqamətində effektiv çoxtərəfli əməkdaşlıq sistemini dəstəkləməsi;
  • BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi;
  • Rusiya, Çin, Yaponiya, Hindistan ilə daha sıx əməkdaşlıq münasibətlərinin qurulması;
  • İslam dövlətləri ilə “konstruktiv qarşılıqlı əlaqələr”in qurulması;
  • müsəlman dövlətlərində siyasi və sosial islahatların dəstəklənməsi;
  • ABŞ və Avropa İttifaqı ölkələri ilə sıx əlaqələrin qurulması;
  • Birləşmiş Krallıq üçün beynəlxalq terrorizm təhlükəsinin azaldılması;
  • Əfqanıstan və İraqın bərpa olunması prosesində iştirak etməyə davam etmək, Əfqanıstanda opium istehsalının əhəmiyyətli dərəcədə azaldılması və yaxın 10 il ərzində tamamilə aradan qaldırılması;
  • beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələr vasitəsilə Cənubi Asiya, Yaxın Şərq, Balkanlar və digər regionlarda gərginliyin səviyyəsinin azaldılması;
  • İran və Şimali Koreyanın nüvə silahı əldə etməsinin qarşısının alınması;
  • Birləşmiş Krallığın NATO-nun müasirləşdirilməsi və Avropa İttifaqının müdafiə imkanlarının təkmilləşdirilməsi yolu ilə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi;
  • ətraf mühitlə bağlı səmərəli siyasətin təmin edilməsi.

 

İqtisadiyyatı

Ümumi məlumatlar

İqtisadiyyatın mühüm sahələri: avtomatlaşdırma avadanlığı, elektrik avadanlığı, dəmiryol avadanlığı, gəmiqayırma, təyyarə, elektrik və rabitə avadanlığı, kağız istehsalı, neft, kimya sənayesi, yüngül sənaye və geyimlər, yeyinti sənayesi.

  • ÜDM: $ 2.224 trilyon (2009)
  • ÜDM-nin artımı: -4.8% (2009)
  • Sektorların payına düşən ÜDM: kənd təsərrüfatı: 1.2 %, sənaye: 23.8 %, xidmətlər: 75 % (2009)
  • Adambaşına ümumi daxili məhsul: $ 35.200 (2009)
  • Büdcə: Gəlirlər: $ 880.8 milyard, Xərclər: $ 1.129 trilyon (2009) İxrac: $ 357.3 milyard (2009)
  • İxrac tərəfdaşları: ABŞ 13.8%, Almaniya 11.5%, Niderland 7.8%, Fransa 7.6%, İrlandiya 7.5%, Belçika 5.3%, İspaniya 4.1%,
  • İxrac məhsulları: maşınqayırma məhsulları, yanacaq, kimya sənayesi məhsulları, ərzaq, içki, tütün. İdxal: $ 486 mlrd. (2009)
  • İdxal tərəfdaşları: Almaniya 13%, ABŞ 8.7 %, Çin 7.5%, Niderland 7.4%, Fransa 6.8%, Norveç 6%, Belçika 4.7%, İtaliya 4.1% İdxal məhsulları: maşınqayırma məhsulları, avadanlıqlar, yanacaq, ərzaq

 

İqtisadiyyatın tarixi

XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, "dünyanın sənaye emalatxanasına" çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.

 

Sənaye

Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birminhem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır

 

Kənd təsərrüfatı

Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir. Kənd təsərrüfatı məhsullarına buğda, tərəvəz, dana əti, quzu əti, quş əti, balıq, kartof aiddir.

 

Təbii ehtiyatlar

Təbii ehtiyatlar: daş kömür, neft, təbii qaz, əhəng daşı, metal, duz, gil, gips, qurğuşun, manqan.

 

Mədəniyyət

Keçən əsrin 60-cı illərində The Beatles və "Rollinq stounz"un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir.

 

Şəhərləri

Ənənə və mərasimlər

  • Böyük Britaniyada Pasxa, Milad və Yeni il bayramlarından başqa bütün digər bayramlar ancaq bazar ertəsi günü keçirilir.

 

Din

Birləşmiş Krallıqda hakim din xristianlığın müxtəlif formalarıdır. Dövlət siyahıya almasının nəticələrinə görə, iyirminci əsrin ortalarındandan bəri kilsəyə müntəzəm olaraq gələnlərin sayında kəskin azalmaya və immiqrasiya və demoqrafik dəyişikliklər nəticəsində başqa dinlərə sitayiş edənlərin sayının artmasına baxmayaraq, vətədaşların əksəriyyəti xristiandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR