Borrell Aİ-nin münaqişə tərəfinə çevirməsi tezisini “gülünc” hesab edir
Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Josep Borrell Ukraynanın Qərbin silahları ilə Rusiya Federasiyası ərazisinin vurmasına icazə verilməsinin Avropa İttifaqını münaqişə tərəfinə çevirməsi tezisini “gülünc” hesab edir.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,o, bu barədə Aİ müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.
“Rusiya ərazisi daxilində zərbələrə icazə verilməsinin Rusiya Federasiyası ilə müharibəyə girdiyimizi söyləmək məncə gülüncdür. Biz Rusiya ilə müharibə aparmırıq, bu barədə danışmaq gülməlidir, biz sadəcə Ukraynaya kömək edirik”, - deyə Borrell, "heç bir Aİ ölkəsinin Rusiya ilə döyüşmək istəmədiyini" vurğulayıb.
“Şəxsi fikrim budur ki, heç bir məhdudiyyət olmamalıdır”, - deyə o, avqustun 29-da Aİ xarici işlər nazirlərinin bu problemlə bağlı konsensusa gələ bilmədiklərini və indi Aİ-nin 27 ölkəsinin hər birinin Kiyevə tədarük edilən silahların istifadəsinə necə və nə dərəcədə icazə verəcəyinə özü qərar verəcəyini xatırladıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət