Dərc edildi: Baxış sayı: 581
Boris Conson qələbə nitqi ilə çıxış edib
Böyük Britaniyanın Baş naziri Boris Conson Milli Səhiyyə Xidmətinin maliyyələşməsinin artırılacağını, “Brexit”ə keçidi “amma”, “əgər” olmadan təmin edəcəyinə söz verib.
“RİA Novosti” agentliyi məlumat verir ki, ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsinə əsasən, Boris Consonun partiyası mütləq səs çoxluğu ilə qələbə qazanıb və bu nəticədən sonra “Brexit”in həyata keçirilməsinə maneə görünmür.
“Biz bunu nail ola bildik. Yeni günün yeni şəfəqləri yetişdi. Sizin dəstəyinizi haqqım kimi yox, mənə etibar edilən kredit kimi dəyərləndirirəm”, - Boris Conson qələbə nitqində deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət