Dərc edildi: Baxış sayı: 239
Borel: “Üsyan Putinin hakimiyyət üzərində monopoliyasını itirdiyini göstərdi”
“Vaqner” özəl hərbi şirkətinin banisi Yevgeni Priqojin tərəfindən Rusiyada dövlət çevrilişinə cəhd göstərdi ki, Vladimir Putin hakimiyyət üzərində monopoliyasını itirib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
“İndiyə qədər biz Rusiyaya güc olduğuna görə təhlükə kimi baxırdıq. İndi biz Rusiyaya daxilində qeyri-sabitlik olan təhlükəli ölkə kimi baxmalıyıq”-deyə, o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət