Dərc edildi: Baxış sayı: 515
Boltondan dövlətlərə mesaj: İran gəmisinə izn verməyin
ABŞ İranın “Adrian Dərya” tankerinin Aralıq dənizi limanlarında yüklərini boşaltmağa izn verilməməsi ilə bağlı çağırış edir.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton öz Tvitter səhifəsində paylaşıb.
"İranın terrorizmi maliyyələşdirməsini, dünyada qeyri-stabillik yaradılmasını, beynəlxalq sanksiyaları pozmasını dayandırmaq üçün bütün variantlar masa üzərindədir. Qanunsuz neftin olduğu “Adrian Dərya” tankerinə limanların heç biri giriş imkanı verməməlidir”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət