Slimfit
  1. İQTİSADİYYAT

Böhrandan çıxmaq üçün ölkələr inflyasiya yaratmağa çalışacaqlar, çünki... (EKSPERT)

Böhrandan çıxmaq üçün ölkələr inflyasiya yaratmağa çalışacaqlar, çünki... (EKSPERT)
Sakura

Böhrandan çıxmaq üçün ölkələr inflyasiya yaratmağa çalışacaqlar, çünki... (EKSPERT)

"Dünyada iqtisadiyyatın çökməsi davam edir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun fikrincə, pandemiyadan sonra dünyada mal və məhsullar bahalaşacaq:

"Çin iqtisadiyyatı son 30 ildə ilk dəfə daralma qeyd etdi. Birinci rübdə ÜDM-ləri 6,8% azaldı, bu, çox böyük rəqəmdir. Təsəvvür edin ki, Çinin iqtisadiyyatı hər 1% daralanda 4 mln. insan işsiz qalır. Yaponiya və ABŞ qərar verərək Çindən istehsal müəssisələrini çıxardırlar, antiqloballaşma sürətlənir. Bu isə o deməkdir ki, pandemiyadan sonra dünyada mal və məhsullar bahalaşacaq. Ümumiyyətlə, dünya ölkələri inflyasiya yaratmağa çalışacaqlar. İndiki böhrandan çıxış üçün illik azı 5% inflyasiya iqtisadiyyata dərman kimi gələcək. Dünyaya səpilən trilyonlarla dollar da inflyasiya yaradan faktor olacaq".

İqtisadçı qeyd edib ki, bəşər tarixinin son 100 ili, obrazlı desək, "Keynsçilik” nəzərəriyyəsi ilə, "Friedmançılıq” nəzəriyyəsi arasında gedib-gəlib: 

"Böhranda Keynsçilər önə çıxıb, amma duruş gətirə bilməyərək səhvlər ediblər, sonradan Friedmançılar revanş götürüb. 2020-ci ildə isə aləm dəyib bir-birinə, Keynsçilik önə çıxsa da, indiki böhranın mahiyyətini tuta bilmirlər, ya da başqa alternativləri görmürlər. İstehlakın kəskin azalması, vərdiş və davranış qaydalarının sürətlə dəyişməsi baş verir. Hələ bu fenomeni anlamağa doğru-düzgün teoriya yoxdur. Makroiqtisadiyyat elmi yenidən yazılacaq".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR