Slimfit
  1. İQTİSADİYYAT

Böhran şəraitində hansı marketinqə ehtiyac var?

Böhran şəraitində hansı marketinqə ehtiyac var?
Sakura

Böhran şəraitində hansı marketinqə ehtiyac var?

Böhran zamanı əksər şirkətlər marketinq xərclərini azaldırlar. Şirkətlər maaşları azaltmaqdansa marketinq xərclərini azaltmağı daha asan yol kimi sanırlar. Keçmiş böhranlardan çıxmış şirkətlər isə əksinə yeni böhran zamanı marketinq büdcələrini artırmağa meyillidirlər. Bu cür şirkətlər hansısa təcrübəyə əsaslanır və büdcələrini azalmamağa və lazım gəldikdə artırmağa çalışmağa cəhd etməklərinə müxtəlif səbəblər vardır. Bunu anlamaq üçün marketinq xərclərini bir neçə kateqoriyaya bölmək lazımdır.

Yeni bir məhsulun bazara çıxarılması, bazar artımı dövründə belə bir riskdir. Buna görə yeni məhsul inkişaf layihələrinin bağlanmasının ən açıq və doğru addım olduğu görünə bilər.

Lakin, İngiltərədəki istehlak malları bazarı və Amerika avtomobil bazarı qədər fərqli olan yerlərdə aparılan araşdırmalar göstərir ki, böhran zamanı istehsal olunan məhsullar istehlakçı üçün uzunmüddətli məhsul sayılmır. Əksinə biznes sahibkarlarına daha çox mənfəət qazandırır. Səbəblərdən biri daha az yeni rəqiblərinin olmasıdır. Lakin əlavə olaraq böhran zamanı yenilik edən şirkətlər yalnız ən yaxşı layihələrə investisiya yatırırlar. Bu səbəbdən böhran zamanı çıxarılan məhsullar daha keyfiyyətli olur.

Araşdırmalar göstərir ki, böhranın ortasında istehlakçılar təkcə zəruri məhsullar haqqında deyil, hətta, bahalı əşyalar (misal olaraq: avtomobil) barədə düşünməyə başlayan zaman yeni məhsullar istehsal etmək uyğundur. Yeni, innovativ məhsul və ya xidmət istehlakçıların düşüncələrində dəyişiklik edəcək, onlar iqtisadiyyatın yenidən bərpa olunacağına və bu cür məhsul/xidmətlərdən istifadə edə biləcəklərinə inam yaranacaqdır.

Böhrandan yayınma və vəziyyətdən çıxmaq üçün də bu cür stimullaşdırıcı yanaşmalar vacibdir.

Bir şirkətin doğru zamanda təqdim edəcəyi yeni məhsulu olmasa da, böhran zamanı yenə də “araşdırma və biznesin inkişafı”-na investisiya qoymalıdır. Uzunmüddətli perspektivdə şirkətin fəaliyyətinə digər marketinq xərclərindən (reklam, promo kimi) daha çox təsir göstərir.

Böhran zamanı qiymətlər

Satışlar azaldıqda menecerlər marjaları və mənfəəti qorumaq üçün qiymətləri qaldırmaq istəyirlər. Ancaq bu pis bir fikirdir! Böhran zamanı insanlar daha qənaətcil olurlar və hər hansı bir qiymət artımı alış ehtimalını daha da azaldır. Nəticədə qiymətlərini qaldıran şirkətlər satışlarını geri qaytarmaq üçün qısa müddətdə endirim etməli olurlar. Araşdırmalar göstərir ki, bunu edən şirkətlər digərlərindən daha çox bazar payını itirirlər.

Marketinq kommunikasiya

Böhran zamanı əksər şirkətlər marka reklam xərclərini azaldır. Xərcləri saxlamaq və ya artırmaq rəqabət arenasında informasiya payını artıra bilər. Böhranın növünə görə seçim etmək vacibdir. Əgər maliyyə böhranıdırsa, bu zaman siz rəqiblərinizdən fərqli olaraq yeni bir məhsul çıxararaq, daha inandırıcı olmaqla və 25%-a qədər marketinq aktivliyini artırmaqla daha böyük mənfəət əldə edə bilərsiniz. Mənfəətdən əlavə bazar payında da fərqlənə biləcəyiniz irəliləyiş görəcəksiniz. Yox, əgər bu pandemiya və s. tip böhrandırsa, onda bir az fərqli yanaşma lazım olacaqdır. Yenə də bu Sizin xidmət və məhsulunuzdan asılı olacaqdır. Atacağınız addımı araşdırma – təhlil – məqsədyönlü plana uyğun etməlisiniz.

Böhran zamanı reklam kontestləri daha sadə olmalıdır. İstehlakçılar sevdikləri brendin reklamında onların düşüncələrini oxumağı arzulayırlar. Müştərilər reklamın sadəliyi, yumor hissi yaratmağı və ya sadəcə “necə kömək edə bilərik?” sualına cavab verməsini arzulayırlar.

Pandemiya dövründə ölkəmizdə çəkilən reklamların çoxlarında yardım, qorunmaq və s. kontestləri əks etdirdi. Bunların bəziləri duyğusal, bəziləri yumor, bəziləri sırf maarifləşdirici oldu. Ümumilikdə, nəzəriyyəyə əsaslansaq çoxusu uğurlu sayıldı.

Böhran dövründə marketinq həmişə çətindir. Çünki instinktlərə və qaydalara zidd olmalısınız. İstehlakçılar tamamilə fərqli bir şəkildə davranmağa başlayırlar - həyatları və ehtiyacları da kəskin və bəzən hətta travmatik olaraq dəyişir. Bu dövrdə sadiq müştərilərinizi qoruyun, potensial alıcılarınızı müştəriyə çevirmək və sizə sədaqətli olan müştərilərə dəyər verici kontestlərdə reklamlar hazırlayın. Dövrün incə məqamlarına uyğunlaşın, qiymət təkliflərinizi nəzərdən keçirin, onlara reklam mesajınızı bir başqa cür edin.

Əslində böhran bir fürsətdir. Fürsətdən yararlanmağı bacarın. Böhran zamanı insanlara istədiklərini verən şirkətlər rəqabət müharibəsinin qalibi ola bilər.

- Marketinq xərclərdən nələri azaltmalı, nələri artırmaq lazımdır?

- Heç də azaltmaq lazım deyil. Sadəcə zamana uyğun yeniliklər etmək lazımdır və bu yenilikləri etmək üçün effektiv marketinq olması üçün doğru bildiyiniz hər aktivlik üçün büdcə ayırmağınız lazımdır.

Malik Rəşidov

Ultra Technologies, marketinq direktor

Mənbə: facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR