Dərc edildi: Baxış sayı: 565
"Boeing" ABŞ prezidenti üçün yeni təyyarələr istehsal edəcək
ABŞ "Boeing" korporasiyası ölkə Prezidenti Donald Tramp üçün yeni təyyarələr istehsal edəcək.
"Report" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı müqavilənin dəyəri 3,9 mlrd. ABŞ dolları təşkil edir.
Şirkət istehsala gələn ilin əvvəlində başlayacaq və sifarişin icrasını 2024-cü ilin sonunda başa çatdıracaq.
Xatırladaq ki, D.Tramp dəfələrlə müqavilənin dəyərinin yüksək olduğunu bildirib. Sözügedən rəqəmin 1 mlrd. dollar azaldılacağı istisna deyil.
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət