Slimfit
  1. AZƏRBAYCAN

BNA sürücüləri maarifləndirməkdən ötrü bu vasitəyə əl atdı

BNA sürücüləri maarifləndirməkdən ötrü bu vasitəyə əl atdı
Sakura

BNA sürücüləri maarifləndirməkdən ötrü bu vasitəyə əl atdı

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirir. Bu çərçivədə BNA tərəfindən fləşmob hazırlanıb. Sputnik Azərbaycan bu barədə BNA-ya istinadən məlumat verir.

Məlumatda deyilir: "Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fləşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib. Fləşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə eləcə də qadağan edilən digər yerlərdə park etməyərək, bununla da digərlərinə nümunə olduqlarını bildiriblər. Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir. 

Məhz hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik!"




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR