Slimfit
  1. GÜNDƏM

BNA skamyalara oturmağı qadağan etdi

BNA skamyalara oturmağı qadağan etdi
Sakura

BNA skamyalara oturmağı qadağan etdi

Xüsusi karantin rejimində insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub.

 

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb hələ də bəzi vətəndaşların özünütəcrid tədbirlərinə adekvat davranmamasıdır:

 

“Belə ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

 

Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər”.

 

 

BNA skamyalara oturmağı qadağan etdi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR