Slimfit
  1. AZƏRBAYCAN

BNA direktoru sərnişin sıxlığını tənzimləmək üçün yol göstərdi: “Evdə oturun”

BNA direktoru sərnişin sıxlığını tənzimləmək üçün yol göstərdi: “Evdə oturun”
Sakura

BNA direktoru sərnişin sıxlığını tənzimləmək üçün yol göstərdi: “Evdə oturun”

“Dayanacaqlarda sərnişin sıxlığını tənzimləmək üçün insanlar evdə oturmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyi baş direktoru Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, martın 31-də metroda 66 531 nəfər sərnişin olub:

“Aprelin 1-i ekspress xətlə 66 mindən çox sərnişin daşınıb. Avtobus yolla hərəkət edir, ona görə də bəzi qurumlar yol və infrastruktur işləri görən zaman çox ciddi koordinasiya etməlidir. 2000 avtobus əvvəl eyni anda 80-100 sərnişin daşıyırdısa, indi sıxlığı azaltmaq üçün 3-4 qat artıq nəqliyyat lazımdır”.

Vüsal Kərimli bildirib ki, aparatlar yalnız dayanacaqlardadır və burada da kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur: 

“İnsanlar növbə gözləməlidir. Ekspress xətlər metro istifadəçiləri üçün açılıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR