Slimfit
  1. SİYASƏT

“BMT Təhlükəsizlik Şurasının iclasını Ermənistanın “Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar” - MÜSAHİBƏ

“BMT Təhlükəsizlik Şurasının iclasını Ermənistanın “Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar” - MÜSAHİBƏ
Sakura

“BMT Təhlükəsizlik Şurasının iclasını Ermənistanın “Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar” - MÜSAHİBƏ

Bildiyimiz kimi avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib.

Ermənistan bu iclasa ümid bağlasa da burada da ümidləri puç oldu.

Ens.az xəbər verir ki, məsələ ilə bağlı bağlı 1news.az-ın suallarını Milli Məclisin deputatı Cavanşir Feyziyev cavablayıb.Müsahibəni təqdim edirik:

- Ermənilər bu müzakirəyə böyük ümidlər bəsləsələr də bütün ümidləri puç oldu. Ermənilər bundan nəticə çıxarıb hansı addımlar atmalıdırlar?

- BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasını Ermənistanın “Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar. Lakin Ermənistan son patronunu da səmərəsiz istifadə etdi. Müzakirələr heç bir qətnamə və ya bəyanatla yekunlaşmadı. Əksinə, müzakirələrin özü bir çox həqiqətləri ortaya qoydu. Azərbaycan tərəfindən verilən məlumatlar və izahlar ərazidə real vəziyytəin nədən ibarət olduğunu və Ermənistanın açıq-aşkar “humanitar böhran” termini ilə manipulyasiya etdiyini aşkara çıxardı. Müzakirə iştirakçılarına məlum oldu ki, humanitar məqsədlə ayrılan yol mövcuddur, lakin Ermənistan və Qarabağda yuva salmış separatçı ünsürlər bu yoldan istifadə etməkdən imtina edirlər. Ölkəmizin BMT yanında daimi nümayəndəsinin çıxışı bütövlükdə erməni riyakarlığının ifşasından ibarət idi. Ermənilərin öz havadarları ilə birlikdə planladığı növbəti siyasi təxribat iflasa uğradı. O ki qaldı nəticə çıxarmağa, ermənilərə münasibətdə bunu proqnozlaşdırmaq çox çətindir. Çünki onlar öz siyasətini bir qayda olaraq məntiqə və sağlam düşüncəyə əks istiqamətdə qururlar. Kənardan müşahidə edənlər belə düşünə bilər ki, daha bu dəfə də iflasa uğrayandan sonra Ermənistan növbəti addımlarını yüz ölçüb bir biçəcək. Amma təəssüf ki, bu baş vermir. Az sonra ermənilər yeni bir taktika ilə eyni riyakarlığa, ikiüzlülüyə və təxribatlara üz tuturlar. Ağıllı adam bir dəfə etdiyi səhvi heç vaxt təkrar etməz. Bu misalı xalqlara da aid etmək olar. Erməniləri bu mənada istisna hal hesab etmək olar. Mövcud durumun maraqlı tərəfi ondan ibarətdir ki, bütün bu manipulyasiyalardan ən çox əziyyət çəkən Ermənistanın apardığı riyakar siyasətin girovuna çevrilmiş erməni xalqıdır. Ona görə erməni cəmiyyəti siyasi elitanın qeyri-adekvat gedişlərinə etiraz etməli, özlərinin təhlükəsiz gələcəyini təmin etmək üçün hakimiyyətdən sözdə yox, əməldə sülh gündəliyinin həyata keçirilməsini tələb etməlidir.

- Bu müzakirələrin getdiyi vaxtlarda da ermənilər təxribatlara davam edirdilər. Bəs nəyə görə beynəlxalq təşkilatlar, dünyanın böyük ölkələri bu təxribatlara göz yumur?

- Bəzi böyük dövlətlər, yəni dünya siyasətində önəmli rol oynayan və önəmli təsir gücünə malik olan dövlətlər
Ermənistanın təxribatlarına sadəcə göz yummur, onlar özləri də bu təxribatlarda iştirak edirlər. Məsələn, Ermənistan tərəfindən uydurma bəhanələr əsasında BMT TŞ-nın iclasının təşkili və orada səsləndirilən birtərəfli, Azərbaycana qarşı qərəzli açıqlamalar özü onu göstərir ki, Ermənistanın bu cür addımları həmin dövlətlərin siyasi hakimiyyətləri ilə razılaşdırılmış şəkildə atılır. Lakin Azərbaycanın apardığı fəal və səmərəli diplomatiya Ermənistan yalanları əsasında ölkəmizə qarşı hazırlanmış təxribatları həmişə uğurlu şəkildə dəf edə bilir. Bu dəfə də belə oldu. Məsələn,Təhlükəsizlik Şurasının iclasında Fransa təmsilçisinin Ermənistanın yalanlarını təsdiqləməsi və müdafiə etməsi faktı daha çox Fransanın özünün beynəlxalq nüfuzuna xələl gətirdi. Azərbaycan diplomatlarının ortaya qoyduğu təkzibedilməz faktlar təkcə Ermənistanın yox, eləcə də onu dəstəkləyən dövlətlərin qurduğu humanitar fəlakət oyununun saxta olduğunu sübut etdi və nəticədə Ermənistanla bərabər onun saxta ittihamlarını dəstəkləyən dövlətlərin də beynəlxalq birliyi aldatmaq cəhdlərini üzə çıxardı. Bütün bunlar son nəticədə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və onun bölgədə sülh siyasətinə beynəlxalq inamı daha da artırır.

- Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğal altında qaldığı müddətdə heç bir əməli iş ortaya qoymayan təşkilatlar, bəzi dövlətlər Azərbaycanın torpaqlarını öz gücünə azad etməsindən sonra Azərbaycan əleyhinə mövqe sərgiləməyə cəhd edirlər. Bunun səbəbi nədir?

- Bunun səbəbi böyük dövlətlər tərəfindən Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməsini əngəlləmək cəhdləridir. Əsrlərlə beynəlxalq siyasətdə dominant rol oynamış və hələ də bu rolu oynamaqda davam edən dövlətlər bütün digər dövlətləri, o cümlədən Azərbaycanı öz taleyini özü həll edən bir dövlət kimi görmək istəmirlər. Onlar çalışırlar ki, bütün digər dövlətlər həmişə onlardan asılı olsunlar. Üzləşdikləri problemləri həll etmək üçün onlara müraciət etsinlər və onlar da öz şərtlərini irəli sürsünlər. Lakin məlum olduğu kimi, torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Azərbaycan bu münaqişənin həllinə nail olmaq üçün milli maraqlarımıza uyğun olmayan heç bir şərti qəbul etmədi və sonda münaqişəni öz gücümüzə həll etdik. Bununla da Azərbaycan beynəlxalq siyasətdə münaqişələr həllinin yeni bir presedentini yaratmış oldu. Dünyaya ağalıq etmək iddiasında olan dövlətlər bunu necə qəbul edə bilərlər. Bu kimi həll yolları onların neo-imperialist maraqlarına cavab vermir. Bütün bunları göz önünə gətirəndə Azərbaycan dövlətinin və onun siyasi rəhbərliyinin hansı cəsarətə və qətiyyətə sahib olduğunu və münaqişənin həlli üçün hansı risklərə getdiyini təxmin etmək heç də çətin deyil. Düşünürəm ki, bunu Ermənistan siyasi hakimiyyəti də anlamalı və düzgün nəticə çıxarmalıdır. Cənubi Qafqaza göz dikən böyük güclərə arxayın olub sonda əliboş qalmaq əvəzinə qonşu dövlətlərlə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salmaqla bölgənin potensial imkanlarından faydalanmağa çalışmalıdır.

- Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hansı addımlar atılmalıdır?

- Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün ilk növbədə müharibə başa çatdıqdan sonra əldə olunmuş razılaşmaları səmimiyyətlə həyata keçirmək lazımdır. 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək lazımdır. Lakin bu günə qədər Ermənistanın silahlı qüvvələri Qarabağ ərazisində qalmaqda davam edir və bu günə qədər Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan heç bir əməli addım atmayıb. Digər tərəfdən, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin şərtləri Azərbaycan tərəfindən təqdim edilib və Ermənistan tərəfindən də qəbul olunub. Lakin Ermənistan hakimiyyəti sözdə sülh tərəfdarı kimi çıxış etsə də əməlləri tamamilə sülhün əleyhinədir. Elə haqqında danışdığımız BMT Təhlükəsizlik Şurasında keçirilən dinləmələr özü bunu bir daha təsdiq edir. Ermənistan sülhə doğru addımlar atmaq əvəzinə sülh danışıqlarından yayınmaq üçün müxtəlif bəhanələrlə münasibətləri gərginləşdirməyə və bununla da sülh prosesini ləngitməyə cəhdlər edir. Bu Ermənistan hakimiyyətinin müstəqil siyasət yürütmək iqtidarında olmadığını və bölgəmizdə marağı olan digər dövlətlərin təlimatlarına əsasən qeyri-ardıcıl və qeyri-konstruktiv siyasət yürütdüyünü göstərir. Mövcud vəziyyət ilk növbədə Ermənistanın maraqlarına xidmət etmir. Lakin Ermənistan siyasi hakimiyyətinin bu reallığı dərk edə bilməsi şübhəli görünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR