Dərc edildi: Baxış sayı: 480
BMT rəsmisi: 'Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb'
"Azərbaycana sığınan beynəlxalq qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır.
Q.İsakzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət