Slimfit
  1. DÜNYA

BMT-nin koronavirusa yoluxan və ölən üzvlərinin sayı açıqlandı

BMT-nin koronavirusa yoluxan və ölən üzvlərinin sayı açıqlandı
Sakura

BMT-nin koronavirusa yoluxan və ölən üzvlərinin sayı açıqlandı

Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı ilə bağlı son statistika məlum olub.

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi videobrifinqin gedişatında bildirib.

"Aprelin 20-i axşama olan məlumata görə, bütün dünyada BMT nümayəndələri arasında 243 virusa yoluxma var. ABŞ-da 53, o cümlədən Nyu-Yorkda 32 nəfər virusa yoluxub", - Dyujarrik deyib.

Onun sözlərinə görə, təşkilatın üç üzvü COVID-19-dan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 529 000-i ötüb. Bunların 667 609 nəfəri sağalıb, 174 573 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR