Dərc edildi: Baxış sayı: 478
BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb
BMT Liviyada tərəfləri yanvarın 12-də elan olunmuş atəşin dayandırılması rejiminə əməl etməyə çağırır.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.
“Biz tərəfləri yanvarn 12-də başlanmalı olan atəşin dayandırılması rejiminə əməl olunmasına davam etməyə çağırırıq. Biz ümid edirik ki, Berlin konfransı Liviyadadaxili dialoqun davam etdirilməsinə beynəlxalq dəstəyi nümayiş etdirəcək”, – Dyujarrik deyib.
O, həmçinin xarici müdaxilənin dayandırılması və Liviya ilə bağlı silah embarqosuna tam riayət edilməsi zəruriliyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət