Slimfit
  1. DÜNYA

BMT Fransanı insan hüquqlarının pozulmasında günahlandırdı

BMT Fransanı insan hüquqlarının pozulmasında günahlandırdı
Sakura

BMT Fransanı insan hüquqlarının pozulmasında günahlandırdı

BMT-nin insan hüquqlarının müdafiəsi üzrə komitəsi: Fransada qüvvədə olan niqab qadağası insan hüquqlarını və inanc azadlığını pozur

BMT-nin insan hüquqlarının müdafiəsi üzrə komitəsi qərara aldı ki, Fransada qüvvədə olan niqab - qadın üzünü tam bağlayan müsəlman baş örtüyü qadağası insan hüquqları və inanc azadlığının pozulmasıdır.

İnsan hüquqları üzrə komitə 2016-cı ildə iki müsəlman qadından şikayət qəbul etdi ki, onları 2012-ci ildə “üzü ictimaiyyətdə gizlətmək üçün nəzərdə tutulmiş geyimin gəzdirilməsi” üçün ittiham ediblər.

Hüquq müdafiəçiləri xatırladıblar ki, Fransada 2010-cu il 11 oktyabr tarixində qüvvəyə minən qanun təhlükəsizlik baxımından ictimai yerıərdə bağlı geyimin gəzdirilməsini qadağan edir.

Komitədə hesab edirlər ki, Parisin niqabın qadağasının tətbiqinin lazımlılğı ilə əlaqədar iddiası kifayət qədər inandırıcı deyil.

BMT-də hesab edirlər ki, qadağa bu müsəlman qadınların dini inanclarını pozur və onları ictimaiyyətdən təcrid edir.

Beynəlxalq təşkilatda etiraf ediblər ki, dövlət orqanları insanın öz üzünü göstərməsini müəyyən şəraitdə tələb edə bilər, amma hesab edir ki, niqaba olan ümumi qadağa çox radikal qərardır.

 

Mənbə: Aa.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR