Slimfit
  1. İQTİSADİYYAT

BMT Azərbaycanı DİM-in əldə edilməsində dəstəkləyir

BMT Azərbaycanı DİM-in əldə edilməsində dəstəkləyir
Sakura

BMT Azərbaycanı DİM-in əldə edilməsində dəstəkləyir

BMT-nin ölkə üzrə qrupu Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə edilməsini dəstəkləyir.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident əlaqələndiricisi və nümayəndəsi Məhəmməd Nasar Həyat Dayanıqlı İnkişafa dair II Bakı Forumunda deyib.

"BMT Azərbaycanın DİM-in əldə edilməsindəki irəliləyişini sürətləndirmək məqsədilə maraqlı tərəfləri cəlb etməyə və əməkdaşlıq üçün uyğun mühit yaratmağa çalışır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bugünkü forum ölkələr arasında bilik və təcrübə mübadiləsi üçün platforma təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində irəliləyişin sürətlənməsinə imkan yaradır.

"İnanıram ki, bu iki gün ərzində məzmunlu panel müzakirələri, bilik və aparıcı praktikaların mübadiləsi regionda da DİM-in maliyyələşdirilməsinin maksimallaşdırılması üçün yeni yanaşmaların hazırlanması və innovativ həllərin təşviqi üçün mühüm vasitə olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Dayanıqlı İnkişafa dair II Bakı Forumu 2030-cu ilədək BMT gündəliyinin reallaşdırılmasında region ölkələri və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri, eləcə də, ekspertlər iştirak edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR