Dərc edildi: Baxış sayı: 425
:0
BMT Azərbaycana koronavirusla mübarizədə dəstək verməyə hazırdır
BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq" - sənəddə vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət