Bloomberg: ABŞ və Venesuela rəsmiləri Mexikoda gizli görüş keçiriblər
ABŞ və Venesuelanın yüksək vəzifəli rəsmiləri çərşənbə axşamı Mexikoda gizli danışıqlar aparıblar.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidenti administrasiyasının nümayəndələri, Milli Təhlükəsizlik Şurasının rəsmisi və Venesuela hökumətinin nümayəndələri, o cümlədən Milli Assambleyanın sədri Xorxe Rodriges Meksikanın paytaxtında Bolivar Respublikasında seçkilərin keçirilməsi şərtlərini müzakirə ediblər.
Qeyd olunub ki, görüş Vaşinqtonun neft, qaz və qızıl hasilatı sektorlarında Karakasa qarşı sanksiyalarının mümkün bərpası tarixindən əvvəl baş tutub.
ABŞ Milli Təhlükəsizlik Şurası şərh verməkdən imtina edib, Venesuelanın Rabitə və İnformasiya Nazirliyi isə nəşrin sorğusuna hələ cavab verməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət