Slimfit
  1. SİYASƏT

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni tərkibi - SİYAHI

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni tərkibi - SİYAHI
Sakura

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni tərkibi - SİYAHI

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

Sənədə əsasən, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Komissiyanın Katibliyinin rəhbəri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR