Slimfit
  1. CƏMİYYƏT

Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə

Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə
Sakura

Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə

Biz rus bölməsinin Azərbaycan dilindən – dövlət dilindən olan imtahanının birinin onlayn qaydada olacağını bəyan edəndən, bunu təklif edəcəyimizi bildirəndən sonra müəyyən məktublar aldım. Həmin məktublarda bildirilirdi ki, əgər siz bütün imtahanları onlayn etsəniz, biz sizi məhkəməyə verəcəyik. Çünki bizim uşaqlarımızın elə imtahanlarda iştirak etmək imkanları yoxdur.

Ens.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, kütləvi şəkildə onlayn imtahan keçirilməsi üçün gərək bütün ölkə üzrə abituriyentlər dəfələrlə onlayn sınaq imtahanlarına cəlb olunsunlar: "Biz rus bölməsi üçün dövlət dilindən onlayn pulsuz sınaq imtahanı elan edəndə yarım saat ərzində 500 yer doldu. Ancaq imtahanda cəmi 120 nəfər iştirak etdi, qalanları açdılar, baxdılar və sonadək iştirak etmədilər. Amma sərt karantin rejimi davam etdikcə biz bu prosesi davam etdirəcəyik. İstəyimiz odur ki, şagirdlərdə bu vərdişlər formalaşsın".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR