Slimfit
  1. CƏMİYYƏT

Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır - Emin Hüseynov

Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır - Emin Hüseynov
Sakura

Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır - Emin Hüseynov

Bu gün daşın daş üstündə qoyulmadığı işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Qarabağa bu gün həyat yenidən qayıdır.

"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu prosesi həyata keçirmək üçün hər hansısa qayda, təlimat mövcud deyil. Qeyri-standart situasiyadır. XXI əsrdə qeyri-standart situasiyalar çoxdur. Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır. Ümid edirəm ki, aralarınızdan belə kadrlar çıxacaq".

Yüksəliş müsabiqəsinin əhəmiyyətinə toxunan Emin Hüseynov qeyd edib ki, bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır.

"Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır", - deyə o, əlavə edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR