Dərc edildi: Baxış sayı: 2012
Biz islam dininə hörmət edirik, amma... - Fransa
Paris islam dininə hörmət edir və müsəlmanları Fransanın bir hissəsi kimi görür.
Axar.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan-İv Lö Drian Misirdə həmkarı Samih Şükri ilə görüşdə deyib.
“Bizim mübarizəmiz radikallar və terrorçularladır. Karikaturalara görə Fransaya qarşı başladılan boykot kampaniyalarını da qınayırıq”, - fransalı nazir bildirib.
Bundan başqa, hər iki nazir Liviya böhranını da müzakirə edib. Jan-İv Lö Drian qeyd edib ki, Fransa və Misir muzdluların Liviyadan çıxarılmasını istəyir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət