Slimfit
  1. MEDİA

“Biz bilirik ki, Rusiya istəsə, Ermənistanı buna razı sala bilər...” (ŞƏRH)

“Biz bilirik ki, Rusiya istəsə, Ermənistanı buna razı sala bilər...” (ŞƏRH)
Sakura

“Biz bilirik ki, Rusiya istəsə, Ermənistanı buna razı sala bilər...” (ŞƏRH)

"Hər şeyi hüquqla, rəsmi olan formatlarla deyil, güc yolu ilə də dəyişmək mümkündür”.

Ens.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlar masasında iştirakını Azərbaycanla Ermənistan razılaşdırmalıdır” fikrini şərh edərkən deyib. Politoloq Peskovun açıqlamasının həqiqətə uyğun olduğunu deyib:

"Yəni, üzdə olan müəyyən qaydalar və formatlar var ki, Peskov onu nəzərdə tutub deyir. Amma biz bilirik ki, beynəlxalq münasibətlərdə, xarici siyasətdə güc faktoru çox önəmlidir. Yəni, Rusiya tərəfi istəsə, Türkiyənin masada oturmasına Ermənistanı razılaşdıra bilər. Belə olan təqdirdə fikirləşirəm ki, bu proses erməni tərəfinin istəyindən asılı məsələ deyil. Ümumiyyətlə, Minsk Qrupunun formatını dəyişmək, yaxud bundan sonra Dağlıq Qarabağ prosesi ilə məşğul olan Minsk Qrupunun yerinə yeni bir format yaratmaq... Bunu yeri gəlmişkən vaxtiylə Türkiyə prezidenti Ərdoğan da vurğulayıb ki, bölgə ölkələri, ilk növbədə Rusiya ilə Türkiyə bu problemin cözülməsində iştirak edə bilər”.

Politoloq qeyd edib ki, indi müəyyən mənada çıxış yolu Azərbaycana bağlıdır:

"Yəni, indi Azərbaycan tərəfi deməlidir ki, mən Fransanı istəmirəm. Düşünmürəm ki, Azərbaycan Rusiyanı istəmədiyini desin, amma "mən Fransanı istəmirəm, onun yerinə başqa bir ölkə, məsələn, Almaniya, İtaliya olsun” və s. Azərbaycan bunu deyə bilər. Məsələnin ikinci tərəfi isə odur ki, Qarabağ prosesində bir çox reallıqlar həqiqətən dəyişib. Demək ki, Minsk Qrupu bu prosesə təsir edə bilir, yaxud bu prosesin həll olunmasında əsas güc faktorudur və s. bunu da deyə bilmirik. Düşünürəm ki, bu məsələdə hər şey ABŞ-ın mövqeyindən asılı olacaq. Çünki Rusiya, Fransanın mövqeyi aydındır. İkisinin də müəyyən aktivliyi var. Amma ABŞ-ın ciddi aktivliyi yoxdur. Mən şəxsən bunu görmürəm. ABŞ bir ay müddətində bu münaqişəyə susub, sanki gözləmə mövqeyindədir. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu bizim maraqlarımıza uyğun olan davranışdır. Düzdür, bizə açıq dəstək verməyiblər. Amma dəstək verməsə də, ən azı bizə qarşı hərəkət etməyib. Düşünürəm ki, bu, Fransa və Rusiyanın Minsk Qrupu çərçivəsində əl-qolunu bağlayan faktdır. Çox adam bunu demir. Bu reallıqdır. Məsələ təkcə ABŞ-da hazırda gedən seçki kampaniyası, Trampın, Dövlət Departamentinin başının seçkiyə qarışmasında və s. deyil, burada siyasi səbəblər də var. Azərbaycan da bundan öz xeyrinə istifadə edir. Bu baxımdan düşünürəm ki, Minsk Qrupunun prosesə müdaxilə etmək üçün əl-qolu bağlıdır”.

Azər Qasımlınin fikirincə, Azərbaycan iqtidarı bununla bağlı mövqe bildirməyə tələsmir:

"Biz çalışmalıyıq ki, Türkiyə bu prosesdə daha çox yer alsın. Amma reallıqları da nəzərə almaq lazımdır ki, bunu istəməyən güclü ölkələr var”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlar masasında iştirakına münasibət bildirib. "Hər hansı bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını Azərbaycanla Ermənistan razılaşdırmalıdır. Burada yalnız iki tərəfin yanaşması vacibdir, münaqişə tərəfləri - Azərbaycan və Ermənistanı nəzərdə tuturam. Bu və ya digər dövlətin həll prosesində iştirakına yalnız münaqişə tərəfləri razılıq verə bilər”,- deyə Peskov qeyd edib.

Bahar Rüstəmli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR